Bank Of Baku

Anders Foq Rasmussen: “2012-ci ildə parlament, 2013-cü ildə prezident seçkiləri Gürcüstanda demokratiya üçün imtahan olacaq”

Anders Foq Rasmussen: “2012-ci ildə parlament, 2013-cü ildə prezident seçkiləri Gürcüstanda demokratiya üçün imtahan olacaq”
# 09 noyabr 2011 23:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. 2012-ci ildə parlament, 2013-cü ildə prezident seçkiləri Gürcüstanda demokratiya üçün imtahan olacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO-nun Baş katibi Anders Foq Rasmussen bu gün Tiflisin "Redisson" mehmanxanasında keçirdiyi brifinqdə bildirib.
Rasmussen qeyd edib ki, NATO-Gürcüstan yolunda demokratik islahatlar gücləndirməli və seçki qanunvericiliyi ölkədə normal vətəndaşlıq cəmiyyətini təmin edən əsas yol olmalıdır.
"NATO Gürcüstanda keçirilən ilahatları dəstəkləyir və biz onları həyata keçirməyə kömək edirik və birgə səylərimiz Gürcüstanı alyansa gətirəcək,"-Rasmussen bildirib.
O, NATO-nun hər il dəqiq qiymətləndirməsində Gürcüstanın NATO standartları və islahatları istiqamətində inkişaf etdiyini qeyd edib.
"Bu yolda Gürcüstan addımba-addım irəliləyir. İnkişaf göz qabağındadır. Amma yenə müəyyən işlər görmək lazımdır,"- Rasmussen bildirib.
NATO Baş katibi Gürcüstanın NATO-ya daxil olması müddətini hələ dəqiq bilmədiyini deyib. "Hər şey islahatların demokratik inkişaf yolunda irəliləyişindən asılıdır."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR