Bank Of Baku

Van bölgəsində dağıntılar altından 23 nəfər sağ, 7 cəsəd çıxarılıb

Van bölgəsində dağıntılar altından 23 nəfər sağ, 7 cəsəd  çıxarılıb
# 10 noyabr 2011 04:31 (UTC +04:00)
APA-nın NTV telekanallına istinadən verdiyi xəbərə görə, əsas axtarış-xilas etmə işləri Vanda çökən “Bayram” və “Aslan” otelləri üzərində aparılır. Dağıntılar altında qalanlarla mobil telefon vasitəsi ilə əlaqə saxlanılır. Ehtimallara görə, dağıntılar altında 8-9 nəfərə qədər sağ insan qalıb. Bunlardan dördü otelin yeraltı dayanacağı olan yerdədir. Bölgədə geniş xilasetmə işləri davam edir.

Xatırladaq ki, Türkiyənin Van bölgəsində 5,6 bal gücündə zəlzələ Bakı vaxtı ilə 23.23-də (Türkiyə vaxtı ilə 21.23) baş verib. Zəlzələnin episentri Van vilayətinin 15 km-liyində yerləşən Edremit rayonuna düşür.

Oktyabrın 23-də isə Vanda 7,2 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 600-dən çox insan ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR