Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib
14 noyabr 2011 15:12 (UTC +04:00)
Bakı – APA. Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Suriyaya qarşı yeni sanksiya paketini qəbul ediblər. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Suriya hakim rejiminin daha 18 nümayəndəsinin, əsasən hərbi rəhbərlikdə təmsil olunan şəxslərin AB ölkələrinə girişi qadağan edilib, onların Avropa banklarındakı hesablarının dondurulacağı açıqlanıb. (Bundan əvvəl 56 nəfərlə bağlı bu cür qərar qəbul olunmuşdu). Avropa Yatırım Bankının Suriyadakı layihələrə göstərdiyi texniki yardım dayandırılıb. 19 Suriya şirkətinə qarşı sanksiyalar da qüvvədə saxlanılıb.
Qərarda bildirilir ki, Suriyada mülki əhaliyə qarşı repressiyalar dayandırılana qədər bu ölkə rejiminə qarşı əlavə və kompleks tədbirlər davam etdiriləcək.
Qərarda bildirilir ki, Suriyada mülki əhaliyə qarşı repressiyalar dayandırılana qədər bu ölkə rejiminə qarşı əlavə və kompleks tədbirlər davam etdiriləcək.
Avropa
İsveçrə İsrail və HƏMAS liderlərini BCM-in orderi ilə həbs edə bilər
02:47
4 iyun 2024
Gürcüstan Prezidenti Salome Zurabişvili Anaklia limanının tikintisinin Çin şirkətinə həvalə edilməsinə münasibət bildirib
22:48
3 iyun 2024
Gürcüstanın 17 müxalif partiyası Zurabişvilinin “Gürcü Xartiyası”nı imzalayıb
22:30
3 iyun 2024
Ukrayna ordusu Rusiyanın ən müasir radiolokasiya qurğusunu sıradan çıxarıb
15:05
3 iyun 2024