Avropa Parlamenti Gürcüstana dair qətnamə qəbul edib
18 noyabr 2011 02:31 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Avropa Parlamenti Gürcüstana dair həm siyasi, həm də hüquqi nöqteyi-nəzərdən mühüm qətnamə qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirinin müavini Nino Kalandadze bildirib. Onun sözlərinə görə, bu sənəd Gürcüstan və Avropa Birliyi (AB) arasında davam edən danışıqlar kontekstində tövsiyələrdən ibarətdir. Bu tövsiyələr Gürcüstandakı situasiyanın tam analizi əsasında hazırlanıb və onun həyata keçirilməsi ilə mütləq AB ali institutları məşğul olmalıdır. Nazir müavinin sözlərinə görə, tövsiyələrdə eyni zamanda Gürcüstanın müstəqil olaraq tamhüquqlu özünün gələcək inkişaf istiqamətini müəyyən etməyi göstərilir. Gürcüstan Xarici İşlər Nazirinin müavini sənəddə göstərilən əsas əhəmiyyətli olan faktı da qeyd edib. "Bu sənəddə Abxaziya və qondarma Cənubi Osetiya işğal edilmiş Gürcüstan əraziləri kimi tanınır."
Avropa
Gürcüstan Prezidenti Salome Zurabişvili Anaklia limanının tikintisinin Çin şirkətinə həvalə edilməsinə münasibət bildirib
22:48
3 iyun 2024
Gürcüstanın 17 müxalif partiyası Zurabişvilinin “Gürcü Xartiyası”nı imzalayıb
22:30
3 iyun 2024
Ukrayna ordusu Rusiyanın ən müasir radiolokasiya qurğusunu sıradan çıxarıb
15:05
3 iyun 2024
Səfir: Rusiyanın əməlləri nəticəsində Ukraynaya 500 milyard dollardan çox ziyan dəyib
11:38
3 iyun 2024