Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana dair yeni qətnamə qəbul edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana dair yeni qətnamə qəbul edib
# 18 noyabr 2011 19:05 (UTC +04:00)
Bakı-APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) «altılığın» (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) İrana dair qətnaməsini qəbul edib. APA-nın xəbərinə görə, bu barədə RİA Novosti-yə AEBA-dakı mənbə məlumat verib.

Qətnamənin qəbul olunmasının lehinə İdarəetmə şurasında təmsil olunan Kuba və Ekvador əleyhinə səs verib. İndoneziya isə bitərəf qalıb.

Qətnamədə İrana AEBA ekspertlərinə nüvə obyektlərinə girişi təmin etmək və Agentliklə əməkdaşlığı fəallaşdırmaq təklif olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR