Gürcüstan parlamentində qəbul edilən qanuna görə, xaricdə yaşayan həmvətənlər vizasız Gürcüstana gələ bilər
25 noyabr 2011 00:48 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Noyabrın 24-də Gürcüstan parlamentində "Xaricdə yaşayan həmvətənlər və diaspora təşkilatları barədə" qanun qəbul edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qəbul edilən qanuna görə, xaricdə yaşayan həmvətənlər vizasız Gürcüstana gələ bilər və 30 gün ölkə ərazisində qala bilərlər. Həmvətənlərin hüquqi yolla Gürcüstana gəlməsində onların statusunu təsdiq edən şəhadətnamə sənədi əsas olacaq. Bundan başqa, status alan xaricdə yaşayan həmvətənlər ali məktəblərdə və magistraturada təhsili almaq qrantı da ala bilərlər.
Layihəyə görə, beynəlxalq idman federasiyasının razılığı ilə, xaricdə yaşayan həmvətənlər statusuna malik xarici vətəndaşlar Gürcüstanın milli yığmalarının tərkibində idman yarışlarına qatıla bilərlər. Xaricdə yaşayan həmvətənlər statusunu Gürcüstanda anadan olan və xaricdə yaşayan şəxslər və yaxud milliyyətinə görə gürcü olanlar ala bilərlər. Status almaq üçün onlar xaricdəki Gürcüstan konsulluqlarına müraciət etməlidirlər.

Avropa
Berlində texnologiya şirkəti yanıb, zəhərli qazların yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edilib
18:57
3 may 2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
14:39
3 may 2024
Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşüb
13:27
3 may 2024
Gürcüstan XİN Fransanı qeyri-obyektivlikdə ittiham edib
13:16
3 may 2024