Bank Of Baku

Fransa İrandakı səfirliyinin personalını ixtisar edəcək

Fransa İrandakı səfirliyinin personalını ixtisar edəcək
# 03 dekabr 2011 16:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Fransa İrandakı səfirliyində çalışan işçilərinin sayının azaldılması haqda qərar qəbul edib. APA-nın məlumatına görə, Fransa hökuməti Böyük Britaniyanın bu ölkədəki səfirliyinə hücumdan sonra belə bir addım atıb.

Qərar hələlik müvəqqəti olaraq diplomatların bir hissəsinə və onların ailə üzvlərinin hamısına şamil ediləcək. Fransanın İrandakı səfirliyində 30 nəfər çalışır və onların yarısı bu ölkədən çıxarılacaq. Eyni zamanda qərar İrandakı Fransa məktəblərinin işçiləri üçün də keçərlidir. Ancaq bu qərar ikili vətəndaşlıq daşıyanlar və İranda qeydiyyatda olan fransızlara şamil olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR