Audronius Ajubalis: “Qeyri-müəyyənlik dövründə ATƏT-in təhlükəsizliyə əsaslı yanaşmasına daha çox ehtiyac var” - MƏQALƏ
Ötən il liderlərimiz ümumi dəyər və məqsədlər, eləcə də razılaşdırılmış öhdəliklərə əsaslanan azad, demokratik, vahid və bölünməyən Avro-Atlantika və Avrasiya təhlükəsizlik məkanına dair vahid yanaşmaya sadiq qaldıqlarını bildirdilər. Bu, ambisiyalı yanaşmadır. Üzləşdiyimiz problemlərə qarşı uğurlu müqavimət göstərmək üçün ehtiyac duyulan etimad mühitini yaratmaq istəyiriksə - fikir ayrılıqlarımızı açıq müzakirə etməli, dövlətlərimiz və cəmiyyətlərimizin illərdən bəri üzləşdiyi və yeni yaranan təhlükələrə qarşı mübarizədə səbrli və qətiyyətli olmalıyıq.
2011-ci ildə, Litva ATƏT sədri kimi təşkilata üzv olan ölkələrə institutlarımız və mexanizmlərə dair, ATƏT öhdəliklərinə uyğun olaraq, islahatlar aparmaq və onları gücləndirmək istiqamətində praqmatik və mənalı addımlar atmağa kömək edib. Elə ötən həftə, Vilnüsdə, altı illik fasilədən sonra Dnestryanı probleminə dair sülh danışıqlarını bərpa etdik. Bu, bir daha, səbir, inad və davamlı preventiv diplomatiyanın hansı dividentlər gətirə biləcəyini nümayiş etdirdi. Mütəşəkkil cinayət, terror, habelə narkotik, silah və insan alveri, və kiber hücumlar kimi transmilli təhlükələrə mübarizəni gücləndirmək üçün kollektiv səylərimizi iki dəfə artırdıq. Cəmiyyətimizin təhlükəsizliyi və bütövlüyünə təhlükə yaradanlardan bir addım öndə olmaq üçün yeganə yol – beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Bu təhlükələrin qulaqardına vurulması bizə baha başa gələ bilər.
Sədrliyimiz dövründə əsas diqqətimiz yalnız dövlətlər arasında daha güclü əlaqələrin qurulmasına yönəlməmişdi. Biz, dövlətlər və onun vətəndaşları arasında qarşılıqlı etimadın artırılmasına da xüsusi önəm verdik. Medianın azadlıqlarımızın qorunmasında və demokratik dəyərlərə hörmətin təminatında oynadığı fundamental rolu tanıyaraq, ifadə azadlığını təşviq etdik. Biz jurnalistlərin təhlükəsizliyinə xüsusi diqqət yetirdik və rəqəmsal medianın azad və plüralist mühitində inkişaf etməsi üçün səylərimizi əsirgəmədik.
Etnik azlıqlar və dini qruplara münasibətdə dözümsüzlüyə qarşı mübarizəyə həsr olunmuş bir neçə yüksək səviyyəli tədbirlər keçirdik. Təəssüf ki, bir çox dövlətlərimizdə bu cür hallar hələ də baş verməkdədir. Böhran zamanlarında azlıqlar adətən ilk zərərçəkənlər sırasında olur.
Bizim ixtisaslaşmış institutlarımız və, ATƏT-in Bakı Ofisi də daxil olmaqla, 16 səhra təmsilçiliklərimizin işi az nəzərə çarpsa da, praktik baxımdan bəlkə də daha böyük əhəmiyyət kəsb edir. Səhra nümayəndəliklərimizlə yerli hökumət orqanları, qeyri-hökumət təşkilatları, media və fəal vətəndaşlarla bütün səviyyələrdə əməkdaşlıq etməsi etibarlı demokratik institutların, eləcədə açıq və şəffaf kommunikasiya və idarəçiliyin əsasını qoyur, habelə cəmiyyətimizin bütün sahələrində təhlükəsizlik üçün həqiqi və hərtərəfli baza təklif edir.
Ötən il Astana sammiti zamanı etiraf etdilər ki, bizim regionun təhlükəsizliyi Əfqanıstan, Asiya və Aralıq dənizinin cənubunda yerləşən digər qonşu dövlətlərin təhlükəsizliyi ilə birbaşa bağlıdır. Yaxın Şərqdə və Şimalı Afrikada baş verən və ölkəmin 20 il öncə müstəqillik və demokratiya uğrunda apardığı mübarizəni xatırladan dramatik hadisələr bir daha insanların azad yaşamaq istəyini bizə xatırlatdı.
Bu ilin əvvəlində Tunisə etdiyim səfər mənə Litvanın 20 il əvvəlki dövrünü, müstəqilliyini bərpa etmək üçün atdığı ilk addımlarını və çox işlərin görülməli olduğu bir dövrünü xatırlatdı. Həmçinin, o zaman daha müdrik demokratik dostlar və qonşuların, o cümlədən Litvanın indi aid olduğu şimal regionunun, təşviqi və dəstəyinin nə qədər əhəmiyyətli olduğunu xatırladım. Bizim keçdiyimiz yol müəyyən zaman aldığı kimi, Aralıq dənizinin cənubunda da baş verən keçid dövrünün zaman alacağını və oradakı dövlət institutları və vətəndaş cəmiyyətinin beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyacı olacağını gözləməliyik. Biz bütün üzv dövlətlər arasında mütərəqqi təcrübələri bölüşməkdə davam edirik. Təcrübə və biliklərimizi tərəfdaşlarımızla bölüşməyə və bu proses zamanı onlardan da öyrənməyə hazırıq. Eyni zamanda, tərəfdaş Əfqanıstanda hüquq mühafizə orqanlarının səriştəsinin artırılması, habelə Mərkəzi Asiya ölkələrində xarici təsirlərə davamlı ictimai sistemin inkişafı istiqamətində ATƏT-in səyləri qarşıdan gələn hərbi ixtisarlar kontekstində aktuallığını daha da artırmaqdadır.
Davam edən maliyyə böhranı, eləcə də Yaxın Şərq və Şimali Afrikada baş verən sürətli dəyişiklikləri nəzərə alsaq, biz, nə öz dövlətimizdə, nə də ki onun kənarında işlərimizi yarımçıq qoya bilmərik. Biz, ümumi coğrafi məkanımızı həqiqi təhlükəsizlik cəmiyyətinə çevirmək üçün qətiyyət nümayiş etdirməliyik və kollektiv gücümüzdən istifadə etməliyik.
Avropa
Slovakiya Ukraynaya verilən yardıma görə Aİ-dən kompensasiya tələb etmək niyyətindədir
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
Monteneqro 2028-ci ildə Aİ-yə üzv ola bilər
Makron, Merz və Starmer iyunun 7-də Rusiya ilə mümkün danışıqları müzakirə edəcəklər
Xəbər Lenti
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
Slovakiya Ukraynaya verilən yardıma görə Aİ-dən kompensasiya tələb etmək niyyətindədir
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
ABŞ İranın radar qurğularına zərbələr endirib
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
CNN: ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində buraxılan İran PUA-larını vurub
ABŞ Prezidenti: Vaşinqton İranla münaqişənin həllində sürətlə irəliləyir
Tramp: ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq
Ağ Ev: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək
Ermənistan MSK Karapetyanın blokunu seçki yarışından kənarlaşdırmaqdan imtina edib
Monteneqro 2028-ci ildə Aİ-yə üzv ola bilər
Makron, Merz və Starmer iyunun 7-də Rusiya ilə mümkün danışıqları müzakirə edəcəklər
Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır
İsrail ordusu bir həftədə “Hizbullah”ın 650-dən çox obyektini vurduğunu açıqlayıb
Tramp: Ukrayna və Rusiya müharibənin taleyini özləri həll etməlidirlər
Azərbaycan millisi Maltaya məğlub olub
Tramp Ağ Evdə süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum edilib, ölən və yaralananlar var
Merz ABŞ hərbçilərinin Almaniyadakı gələcəyini Trampla müzakirə etmək niyyətindədir
"Neftçi"nin keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib
Merz: Avropa Rusiya ilə Ukraynaya dair danışıqlara hazırdır
Zelenski: Rusiya yenidən müharibəni seçdi
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
Xameneinin müşaviri: ABŞ İranla saziş üçün 24 milyard dollarlıq aktivləri azad etməlidir
Azov dənizində gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı dördə çatıb
İranda 4,8 bal gücündə zəlzələ baş verib
MEDİA: Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır
NASA astronavtlara Beynəlxalq Kosmik Stansiyada planlaşdırılan əməliyyatlara qayıtmağı tapşırıb - YENİLƏNİB
Taleh Babayev: Bütün rəqiblər minifutbol millimizi yaxşı analiz etmişdi, hər oyunda çətinlik çəkdik
Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb - FOTO - YENİLƏNİB
“Hizbullah”la toqquşmada İsrailin yüksək rütbəli komandiri və daha 2 zabiti yaralanıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Livan Prezidenti: İran ABŞ-la danışıqlarda ölkəmizdən “sövdələşmə vasitəsi” kimi istifadə edir
Nazir: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir
Xiaomi 17T seriyasını təqdim edir: iki ölçü, bütün xətt üzrə telefoto obyektiv və Leica Live Moment
EPF: Ermənistan transsərhəd çaylarla əlaqədar öhdəliklərinə əməl etməlidir
Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib
Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!
Milli Məclisin komissiyası CNN-i iddialarını sübut edəcək faktları təqdim etməyə çağırıb
Portuqaliya Prezidenti dövlət başçısı İlham Əliyevə təbrik ünvanlayıb
CENTCOM: İrana qarşı dəniz blokadası çərçivəsində 129 gəmi istiqamətini dəyişib
Azad edilmiş ərazilərdə 10 mindən artıq sakinin məşğulluğu təmin edilib
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
ADY bu il sərnişin daşınmasını 16% artırıb
Fransa, Britaniya və Almaniya liderləri Zelenski ilə görüşəcək