Bank Of Baku

Anders Breyvik ruhi xəstə olduğunu inkar edib

Anders Breyvik ruhi xəstə olduğunu inkar edib
# 03 dekabr 2011 17:29 (UTC +04:00)
Bakı – APA. Norveçli terrorçu Anders Breyvik ruhi xəstə olmadığını bəyan edib. APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Breyvik tibbi ekspertizanın onun ruhi xəstə olduğu barədə qərarı yanlış adlandırıb. O deyib ki, tibbi ekspertlərin qərarında onun sözləri təhrif olunub və yalan ifadələr onun sözləri kimi təqdim edilib.

Qeyd edək ki, aparılan tibbi ekspertizanın nəticələrinə əsasən Breyvik “paranoidal şizofreniyadan əziyyət çəkir”. Breyvik vəkili ilə altı saat 243 vərəqli tibbi ekspertizanın rəyi ilə qərarı ilə tanış olublar. Breyvik ruhi xəstə olduğunu inkar edir.

Xatırladaq ki, Breyvik 2011-ci il iyulun 22-də Norveçdə 2 terror aktı törədib. O, əvvəlcə Oslodakı hökumət məhəlləsində partlayış törədib, daha sonra Norveç İşçi Partiyasının Utoyu adasında təşkil etdiyi gənclik düşərgəsinə yollanıb. A. Breyvik düşərgədə 69 nəfəri qətlə yetirib. İki terror aktında ümumilikdə 77 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR