Bank Of Baku

Türkiyədə xokkey matçında baş vermiş davada iki nəfər yaralanıb

Türkiyədə xokkey matçında baş vermiş davada iki nəfər yaralanıb
# 03 dekabr 2011 21:52 (UTC +04:00)
Bakı-APA. Türkiyənin xokkey üzrə çempionatının Ərzurum Gençlikspor və Kocaeli Büyükşehir Belediye Kağıtspor komandalarının qarşılaşmasında idmançılar arasında baş vermiş davada iki nəfər yaralanıb.
APA-nın İHA istinadən verdiyi xəbərə görə, yerli polis əməkdaşlarının müdaxiləsindən sonra kütləvi davanı dayandırmaq mümkün olub.
Yaralı idmançılar xəstəxanaya yerləşdirilib. Görüşdə yaranan fasilədən sonra Kocaeli Büyükşehir Belediye Kağıtspor matçı davam etməkdən imtina etdiyinə görə hakimlər komandaya 5:0 hesabla məğlubiyyət verib.
Qeyd edək ki, bu komandalar Türkiyənin xokkey üzrə Super liqasının “G” qrupunda çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR