Bank Of Baku

Gürcüstanda yeni şəhər salınacaq

Gürcüstanda yeni şəhər salınacaq
# 05 dekabr 2011 07:41 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda Lazika adlı yeni şəhər salınacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili açıqlayıb. O bildirib ki, yeni şəhər ölkənin qərbində - Qara dəniz sahilində inşa olunacaq və burada yarım milyon əhali yaşayacaq: “Bu şəhər böyüklüyünə görə Gürcüstan paytaxtı Tiflisdən sonra ikinci şəhər olacaq. Şəhər Qərbi Gürcüstanda ən iri ticarət və iqtisadiyyat mərkəzi olacaq”.

Prezident qeyd edib ki, iri miqyaslı tikinti işləri gələn ildən başlayacaq: “Yeni şəhərin tikintisində bir neçə min insan çalışacaq. Bu məsələ ilə əlaqədar biz artıq Asiya və Avropanın ən böyük investorları ilə danışıqlar aparmağa başlamışıq. Mən bütün gürcüləri bu iş barədə ciddi düşünməyə çağırıram. Mən Gürcüstandan gedən insanlara və Abxaziya qaçqınlarına səslənirəm ki, onlar geri qayıtsınlar və biz birlikdə bu şəhəri inşa edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR