Bank Of Baku

Xorvatiya parlamentinə seçkilərdə müxalifətdə olan “Kukareku” koalisiyası qalib gəlib

Xorvatiya parlamentinə seçkilərdə müxalifətdə olan “Kukareku” koalisiyası qalib gəlib
# 05 dekabr 2011 07:57 (UTC +04:00)
Zaqreb-APA. Xorvatiyada keçirilmiş parlament seçkilərində Zoran Milanoviçin lideri olduğu Sosial-Demokrat Partiyasının rəhbərlik etdiyi “Kukareku” koalisiyası qalib gəlib. APA-nın məlumatına görə, “Kukareku” koalisiyası 151 yerlik parlamentdə ən azı 76 yer qazanıb. Baş nazir Yadranka Kosorun rəhbərlik etdiyi hakim Xorvatiya Demokratik Birliyi isə 47 mandat qazanıb. Kosor məğlubiyyəti etiraf edib və bildirib ki, seçki qalmaqallarına rəğmən partiyasının göstərdiyi nəticə uğurlu sayıla bilər.

Müxalifətdə olan “Kukareku” koalisiyasının adı siyasi blokun yaradılması üçün müzakirələrin aparıldığı restoranın adından götürülüb. Koalisiyaya sosial-demokratlarla yanaşı Xorvatiya Xalq Partiyası, İstr Demokratik Assambleyası və Xorvatiya Təqaüdçülər Partiyası daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR