Bank Of Baku

PKK terror təşkilatının liderlərindən Sübhi Yalçınkaya İstanbulda həbs olunub

PKK terror təşkilatının liderlərindən Sübhi Yalçınkaya İstanbulda həbs olunub
# 05 dekabr 2011 11:55 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat PKK terror təşkilatına qarşı aparılan mübarizə çərçivəsində Esenyurtda bir evdə həyata keçirilib.

Hadisə ilə əlaqədar istintaq və əməliyyatların davam etdirildiyi, həbs olunanların sayının arta biləcəyi qeyd olunur.

Baş nazirin köməkçisi Bülənt Arınc deyib ki, PKK terror təşkilatının rəhbər şəxslərindən biri İstanbulda həbs olunub.

Terror təşkilatına yaxınlığı ilə seçilən “Fırat” xəbər agentliyi B. Arıncın sözlərini təsdiq edərək bildirib ki, tutulan şəxs PKK üzvü Sübhi Yalçınkayadır. Onun terror təşkilatının rəhbərlərindən “Bahoz” kod adlı Fehman Hüseynin sağ əli olduğu iddia olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR