Bank Of Baku

İzmirdə Azərbaycan mədəniyyəti tanıdılıb

İzmirdə Azərbaycan mədəniyyəti tanıdılıb
# 06 dekabr 2011 00:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyə Cümhuriyyətinin İzmir şəhərində mədəniyyətlərarası dialoq günləri keçirilib. Bu barədə APA-ya İzmir Azərbaycanlıları Kültür Mərkəzinin rəhbəri Camal Məmmədxanoğlu məlumat verib. Onun sözlərinə görə, tədbirə Türkiyədə yaşayan və təhsil alan azərbaycanlılar da qatılıb: “İzmirin mərkəzində yerləşən Kültür Parkının “Atlas” pavilyonundakı böyük zalda təşkil olunmuş tədbirdə İzmirin müxtəlif ali təhsil müəssisələrində oxuyan xarici tələbələr öz ölkələrini təmsil etdilər. Bundan əlavə, tədbirdə Əfqanıstan, Albaniya, Qırğızıstan, Bosniya və Herseqovina, Bolqarıstan və Kərkük türkləri də öz mədəniyyətlərini nümayiş etdirdilər”. Camal Məmmədxanoğlu onu da əlavə edib ki, tədbir çərçivəsində Azərbaycanın milli yeməkləri, geyimləri, rəssamlarının əsərləri tanıtdırılıb. Eyni zamanda İranda yaşayan azərbaycanlıların üzləşdiyi problemlər və Urmiya gölündəki ekoloji problem də diqqətdən kənarda qalmayıb. Bununla bağlı plakatlar qaldırılıb və bildirişlər paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR