Bank Of Baku

Böyük Britaniya İrandan maddi təzminat istəyir

Böyük Britaniya İrandan maddi təzminat istəyir
# 06 dekabr 2011 12:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniya Vyana Konvensiyasının müddəalarını əsas tutaraq Tehrandakı səfirliyinə hücum zamanı dəyən zərərlə əlaqədar İrandan maddi təzminat istəyir. APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Təzminatın məbləği hələlik tam dəqiqləşməyib. Ancaq bu məbləğin 1 milyon funt-sterlinqdən çox olacağı bildirilir. Ekspertlər araşdırma apararaq dəymiş zərəri dəqiqləşdirir. Səfirlikdə qiymətli əşyalar, rəsm əsərləri, elektron cihazlar və bir neçə avtomobil hücum zamanı xəsarət alıb və ya oğurlanıb.

Böyük Britaniya XİN-in açıqlamasına əsasən hücum İran hakimiyyətinin göstərişi ilə “Bəsic” hökümətyönlü könüllülər dəstəsi tərəfindən həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR