Bank Of Baku

ABŞ-ın dövlət katibi Rusiya Dövlət Dumasına keçirilən seçkiləri sərt tənqid edib

ABŞ-ın dövlət katibi Rusiya Dövlət Dumasına keçirilən seçkiləri sərt tənqid edib
# 06 dekabr 2011 12:49 (UTC +04:00)
Vilnüs-APA. ABŞ-ın dövlət katibi Hillari Klinton ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında Rusiyada keçirilmiş parlament seçkilərini sərt tənqid edib və saxtalaşdırma faktlarını araşdırmağa çağırıb. APA-nın məlumatına görə, dövlət katibi seçkilərin qeyri-azad və ədalətsiz keçirildiyini bəyan edib: “Rusiya seçiciləri manipulyasiya və saxtalaşdırma hallarının tam şəkildə araşdırılmasına layiqdirlər. Rusiya vətəndaşları da digər ölkələrin vətəndaşları kimi səslərinin düzgün hesablanmasına layiqdirlər. Onlar azad, ədalətli və şəffaf seçkilərə, onlar qarşısında hesabat verən liderlərə layiqdirlər”.

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, AŞPA və ATƏT-dən olan avropalı müşahidəçilər Dövlət Dumasına seçkilərin nəticələrinin hesablanmasında saxtakarlığa yol verildiyini və müşahidəçilərin prosesi izləməyə əngəl törətdiyini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR