Bank Of Baku

Türkiyənin müdafiə naziri: “Türkiyədə yerləşdiriləcək radar hər hansı dövlətə qarşı yönəlməyib”

Türkiyənin müdafiə naziri: “Türkiyədə yerləşdiriləcək radar hər hansı dövlətə qarşı yönəlməyib”
# 07 dekabr 2011 14:22 (UTC +04:00)
Bakı – APA. “NATO-nun raket hücumundan müdafiə sisteminin Türkiyədə yerləşdiriləcək radarı hər hansı dövlətə qarşı yönəlməyib”. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib. O bildirib ki, bu, hücum deyil, müdafiə sistemidir.

Nazir qeyd edib ki, radar NATO tərəfindən idarə ediləcək və bu prosesdə Türkiyə zabitləri də iştirak edəcək.

Xatırladaq ki, radar sistemi Malatya vilayətinin Kürəcik qəsəbəsi ərazisində qurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR