Bank Of Baku

Gürcüstanın akkreditə olunmayan universitetlərdə təhsil alan tələbələr akkreditə olunan təhsil ocaqlarına keçə bilərlər

Gürcüstanın akkreditə olunmayan universitetlərdə təhsil alan tələbələr akkreditə olunan təhsil ocaqlarına keçə bilərlər
# 08 dekabr 2011 22:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda vahid milli imtahanları verən akkreditə olunmayan universitetlərin tələbələri akkreditə olunan təhsil ocaqlarına keçə bilərlər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin dekabrın 8-də keçirilən hökumətin iclasında bildirib. Onun sözlərinə görə, ölkədə 35 akkreditədən keçməyən təhsil ocağı fəaliyyət göstərir və burada 7 min tələbə təhsil alır. Nazir bildirib ki, bu təhsil ocaqları dövlətin tələblərinə cavab vermir və onların verdiyi diplomlar dövlət tərəfindən tanınmayacaq.
Gürcüstan təhsil və elm nazirinin izahatına görə, tələbələr vahid milli imtahanlardan keçərsə, bu zaman onlar keçdikləri akkreditə olunan təhsil ocağında eyni kurs üzrə təhsillərini davam etdirə bilərlər.
Qeyd edək ki, təhsillə bağlı yeni dəyişikliklər 2012-ci ildə qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR