Bank Of Baku

Gürcüstan NATO-nun aspirant ölkəsi kimi yüksək statusa sahib olub

Gürcüstan NATO-nun aspirant ölkəsi kimi yüksək statusa sahib olub
# 09 dekabr 2011 01:23 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın adı Şimaliatlantik alyansın aspirant ölkəsi kimi ilk dəfə olaraq NATO-nun dekabrın 8-də qəbul etdiyi rəsmi sənədində qeyd edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Baş nazirinin müavini, Avroatlantik strukturlara İnteqrasiya üzrə dövlət naziri Giorgi Baramidze bildirib.
Gürcüstan mətbuatının xəbərinə görə, NATO-nun Şimaliatlantik Şurasının alyans üzvü olan 28 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə ikigünlük görüş keçirilib.
“Gürcüstan ilk dəfə olaraq NATO-nun aspirant ölkəsi kimi qeyd edilib. Bu spesifik termindir və Gürcüstan NATO-nun üzv ölkələri olan Makedoniya, Çernoqoriya, Bosniya və Herseqovina kimi fəaliyyət planı alan ölkələr sırasında (MAR) göstərilib,”- Baramidze bildirib.
Avroatlantik strukturlara inteqrasiya üzrə dövlət naziri G. Baramidze yeni statusun Gürcüstanın da üzv ölkə kimi digər ölkələrlə birlikdə eyni alətlərə sahib olduğunu bildirib: “NATO üzv olan aspirant ölkələrdə keçirilən islahatları alqışlayır və onun davamını dəstəkləyir,”-deyə Baramidze Gürcüstana Şimaliatlantik alyansa daxil olması üçün ilk dəfə namizəd kimi yüksək status verildiyini xüsusilə vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Xarici işlər Naziri Lavrov Brüsseldə Rusiya-NATO şurası iclasından sonra dünyanı hədələyərək Gürcüstanın NATO-ya üzv qəbulu baş tutarsa, yenidən 2008-ci il avqust təcavüzünün təkrar olunacağını bildirib.
“Ümidvar olduğumu bildirirəm ki, natoçular belə hadisələrin qiymətləndirilməsinə məsuliyyətlə yanaşacaq. Regiondakı 2008-ci il avqust hadisələri nəinki Cənubi Qafqaz ölkələri üçün, eləcə də Rusiya Federasiyası üçün strateji hadisədir. Orada bizim yaxın müttəfiqlərimiz və qonşularımız yaşayır. Ümidvaram ki, məni eşitdilər,- ” Rusiya xarici diplomatiyasının rəhbəri əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR