Bank Of Baku

21 Azər günü Türkiyənin bir neçə şəhərində qeyd olunacaq

21 Azər günü Türkiyənin bir neçə şəhərində qeyd olunacaq
# 09 dekabr 2011 19:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. 21 Azər günü Türkiyənin bir neçə şəhərində İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümləri ilə əlaqədar konfrans keçiriləcək. Bu haqda APA-ya Türkiyədə yaşayan iranlı mühacir Bəhruz Leysani bildirib. Onun sözlərinə görə, 21 Azər qardaş ölkənin İzmir, Ankara və Nevşehirdə dekabrın 12-də qeyd olunacaq. Hər 3 şəhərdə eyni gündə lakin müxtəlif saatlarda qeyd olunacaq ildönümünün təşkilatçıları Türkiyədə yaşayan iranlı siyasi mühacirlərdir: “Mən Nevşehirdə keçiriləcək tədbirdə iştirak edəcəyəm. İldönümünə yerli media nümayəndələri də dəvət olunub. Tədbirin sonunda mətbuat konfransı keçirərək İranda pozulan insan haqları, həbslər və siyasi vəziyyətlə bağlı məlumat verəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR