Bank Of Baku

Piter Simnebi: “Keçmiş sovet respublikalarının müstəqilliyini alqışlayıram”

Piter Simnebi: “Keçmiş sovet respublikalarının müstəqilliyini alqışlayıram”
# 10 dekabr 2011 12:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən ölkələrin Avropa Birliyi ilə əməkdaşlığından məmnunuq və bu bizim məsuliyyətimizdir”. Bu barədə APA-nın Gürcüstan bürosuna Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, isveçli diplomat Piter Simnebi bildirib.

Onun sözlərinə görə, Avropa Birliyi ölkələri, o cümlədən İsveç SSRİ dağıldıqdan sonra bu məsələyə yaxından diqqət yetirməyə başlayıb: “Mən özüm 80-ci illərdə Moskvada yaşayır və işləyirdim. Bir İsveç diplomatı kimi Baltikyanı dövlətlərlə, eləcə də Sovetlər Birliyinin tərkibində olan ölkələrlə əlaqələr yaratmaq məsələsi ilə çox məşğul olmuşam. Mən bir diplomat olaraq bu ölkələrin müstəqilliyini alqışlayıram”.

P.Semnebi qeyd edib ki, SSRİ-nin dağılmasından ötən 20 il ərzində sovet respublikaları uğurla inkişaf edib: “İndi ən başlıca məqsəd Avropa Birliyi ilə həm iqtisadi, həm də strateji sahədə etibarlı əməkdaşlıq qurulmasıdır. Bu məsələ üzərində mən də 5-6 il çalışmışam. Biz öz tərəfimizdən çox şadıq ki, əməli fəaliyyət göstəririk. Bu, bizim məsuliyyətimizdir. Bunu alqışlamaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR