Bank Of Baku

David Darçiaşvili: “Gürcüstanda 2008-ci il avqust hadisələri təkrarlana bilməz”

David Darçiaşvili: “Gürcüstanda 2008-ci il avqust hadisələri təkrarlana  bilməz”
# 10 dekabr 2011 21:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın Avropaya inteqrasiya komitəsinin sədri, parlament deputatı David Darçiaşvili Rusiya Xarici işlər Naziri Serqey Lavrovun son günlər Gürcüstanın NATO-ya daxil olması məsələləri ilə bağlı mətbuatda dərc olunan fikirlərinə münasibət bildirib. Komitə sədri APA-nın Gürcüstan bürosuna verdiyi açıqlamasında Lavrovun Gürcüstanda inkişaf edən situasiyanı qeyri adekvat qiymətləndirdiyini bildirib: “Bu, Sovet İttifaqının mövcud olduğu zaman, nə də XX əsrin başlanğıcı deyil. İndi XXI əsrdir. Lavrovun çıxışı emosiya, qıcıqlandırıcı fikirlərlə doludur və onun sözləri suyun axınına tərəf üzmək kimi bir şeydir. Belə bir baxış nə dövlətə, nə də əməkdaşlığa kömək edib. Şimalıatlantik alyansdan çox dəqiq siqnal var ki, Gürcüstanın Atlantik məkana inteqrasiyasına dəstəklənir və bu istiqamətdə Gürcüstanda islahatlar həyata keçirilir. Rusiyanın Gürcüstanın NATO-ya daxil olmasını əngəlləməyə heç bir hüquqi əsası yoxdur. İkinci dəfə Avqust 2008-ci il hadisələri təkrarlana bilməz. Cəhd ola bilər, lakin onlar heç bir nəticəyə nail ola bilməzlər,-” komitə sədri vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR