Bank Of Baku

Türkiyə İranın nüvə proqramı ilə bağlı yaranmış problemin diplomatik yollarla həllinin tərəfdarıdır

Türkiyə İranın nüvə proqramı ilə bağlı yaranmış problemin diplomatik yollarla həllinin tərəfdarıdır
# 12 dekabr 2011 07:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın nüvə proqramı ilə bağlı yaranmış problem bölgədəki həssas vəziyyət nəzərə alınaraq diplomatik yollarla həll edilməlidir”. APA-nın xəbərinə görə, bunu Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan bildirib.

Namiq Tan Türkiyənin nüvə və kütləvi qırğın silahlarından təmizlənmiş bir bölgə arzuladığını, qonşusu İran da daxil olmaqla heç bir regionda nüvə silahının varlığını istəmədiyini deyib. İranın nüvə proqramını inkişaf etdirməsini istəmədiklərini vurğulayan diplomat Tehranın nüvə silahına sahib olmaması üçün qonşusu olaraq Türkiyənin digər ölkələrdən daha çox qərarlı olduğunu söyləyib. Səfir BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi sanksiyaların bütün ölkələri əhatə etdiyini deyərək ABŞ və Avropa Birliyinin Tehrana qoyduğu embarqoların ölkəsinə aidiyyəti olmadığını bildirib. Namiq Tan İran mövzusunda Türkiyənin Qərb mediasında bəzi haqsız tənqidlərə də məruz qalmasına da toxunub: “Biz İranın yanında dayanmırıq, biz İranla yan-yana yaşayırıq. Bu ikisi bir-birindən çox fərqli şeylərdir’’.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR