Bank Of Baku

Türkiyə Fransanı qondarma “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etməməyə çağırıb

Türkiyə Fransanı qondarma “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etməməyə çağırıb
# 13 dekabr 2011 21:03 (UTC +04:00)
Bakı-APA. Türkiyə Böyük Millət Məclisinin (TBMM) başqanı Cəmil Çiçək Fransa Məclis başqanı Bernard Accoyere məktub göndərib. O, Fransa parlamentinin gündəliyinə 1915-ci il hadisələri ilə bağlı qanun qəbul edilməsi məsələnin salınmasından ölkəsinin narahatlığını ifadə edib.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, C. Çiçək bu qanunun qəbul edilməsinin iki ölkə arasındakı münasibətləri gərginləşdirəcəyini də xatırladıb.

Məktubda ’’ parlamentlərin tarix yazmaq kimi vəzifələrinin olmadığı”, ’’bu məsələnin tarixçilərin və araşdırmaçıların öhdəsinə verilməsinin vacibliyi” vurğulanıb.

Agentliyin məlumatına görə, Fransa Məclisinin qanun komissiyasının ötən həftə qəbul etdiyi qanun layihəsinin bu il dekabrın 22-də Məclisdə təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, qanun layihəsini Fransada hazırda iqtidarda olan Xalq Hərəkəti Birliyinin Marsilya millət vəkili Valerie Boyer hazırlayıb.
Qanun layihəsində ’’Fransa qanunları tərəfindən tanınan soyqırımın inkar edilməsi bir il həbs cəzası ilə 45 min avro pul cəriməsinə layiq görülür’’ ifadəsi yer alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR