Bank Of Baku

Qardabanidə “Xərçəng xəstəliyini törədən səbəblər barədə” azərbaycanlı əhalisini məlumatlandırmaq üçün görüş keçirilib

Qardabanidə “Xərçəng xəstəliyini törədən səbəblər barədə” azərbaycanlı əhalisini məlumatlandırmaq üçün görüş keçirilib
# 14 dekabr 2011 03:08 (UTC +04:00)
Qardabani. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstan Səhiyyə Nazirliyinin əməkdaşları azərbaycanlı əhali arasında “Xərçəng xəstəliyini törədən səbəblər barədə” Skrininq proqramı üzrə təbliğat xarakterli söhbətlər aparıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri nazirliyin müşaviri Savalan Mirzəyev açaraq tədbirin mahiyyəti və dövlət proqramından necə istifadə etmək haqqında və səhiyyə işçilərinin xərçəng xəstəliyi ilə mübarizə apardığını və müəyyən dövlət proqramlarından istifadə edərək əhaliyə təmənnasız xidmət etdiklərini bildirib. Sonra “Xəstəliklərə Nəzarət Mərkəzi”nin əməkdaşları çıxış edərək son zamanlar kişilər arasında prostat vəznləri xəstəliyi barədə və qadınlar arasında döş vəznində əmələ gələn problemlər haqqında informasiya qıtlığının yaranması barədə məlumat verərək, xəstəliyi törədən amillərdən söhbət açıblar. Tədbirdə qeyd olunub ki, bu cür xəstəliklərin artması gələcək nəslin inkişafına əngəllər törədir.
Qeyd edək ki, reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin təşəbbüsü ilə adı çəkilən xəstəliklər barədə Azərbaycan dilində bukletlər hazırlanıb və əhaliyə paylanıb.
Tədbirdə nazirliyin şöbə müdirləri, Qardabani rayon icra hakimiyyətinin fəalları, ziyalılar, QHT nümayəndələri və kənd icra nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR