Bank Of Baku

Londonda azərbaycanlılar İranda insan hüquqlarının pozulmasına qarşı aksiya keçirilib

Londonda azərbaycanlılar İranda insan hüquqlarının pozulmasına qarşı aksiya keçirilib
# 14 dekabr 2011 04:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniyada siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan bir qrup azərbaycanlı İranda insan hüquqlarının pozulmasına qarşı etiraz aksiya keçirib. APA-nın məlumatına görə, piket İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümü münasibətilə keçirilib. Aksiyaya azərbaycanlılarla yanaşı, əslən İrandan olan qeyri-fars millətlərinin nümayəndələri də qatılıb. Üç saat davam edən piket BBC-nın Baş Ofisinin Londondakı binasının qarşısında baş tutub. Aksiyada Azərbaycan və ingilis dillərində İranda qeyri-fars millətlərinin hüquq pozuntusuna, ayrı-seçkilik siyasətinə, qeyri-qanuni həbslərə etiraz şüarları səsləndirilib. Sonda bəyanat oxunmaqla aksiya insidentsiz başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR