Bank Of Baku

Avropa Parlamenti Rusiyanı Dövlət Dumasına yenidən azad və ədalətli seçkilər keçirməyə çağıran qətnamə qəbul edib

Avropa Parlamenti Rusiyanı Dövlət Dumasına yenidən azad və ədalətli seçkilər keçirməyə çağıran qətnamə qəbul edib
# 14 dekabr 2011 15:54 (UTC +04:00)
APA-nın məlumatına görə, Avropa Parlamentinin q’bul etdiyi qətnamədə qeyd edilir ki, 4 dekabr seçkiləri beynəlxalq standartlara cavab verməyib: “Xüsusən də bir sıra müxalifət partiyaları seçkilərə buraxılmayıb, dövlət kütləvi informasiya vasitələri seçki öncəsi kampaniyanı obyektiv işıqlandırmayıblar, müstəqil müşahidəçilər təqib olunublar”.

Avropalı deputatlar Rusiyanı səsvermə zamanı baş vermiş qanun pozuntularını araşdırmağa çağırıblar. Avropa Parlamenti sabah keçiriləcək Rusiya-Avropa Birliyi sammitində seçkilərin nəticələrinin müzakirə olunmasına da qərar verib. Bununla bağlı müvafiq tövsiyələr Avropa Şurasının prezidenti van Rompeyə, Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozuya və AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştona göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR