Bank Of Baku

Fransanın sabiq prezidenti Jak Şirak iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib

Fransanın sabiq prezidenti Jak Şirak iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib
# 15 dekabr 2011 11:49 (UTC +04:00)
APA-nın məlumatına görə, məhkəmə istintaqı zamanı sabiq prezidentə qarşı irəli sürülmüş büdcə vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərin aşma ittihamları öz təsdiqini tapıb. Yaddaşı ilə bağlı problemlər yaşayan 79 yaşlı Jak Şirak məhkəmədə iştirak etməyib.

İstintaqın versiyasına görə, Jak Şirak 1992-1995-ci illərdə Paris meri postunda çalışan zaman paytaxt administrasiyasında saxta 28 iş yeri təsis edib və əldə etdiyi əlavə vəsaiti öz partiyasının maliyyələşdirilməsinə sərf edib. Məhkəmə bu ilin martında başlasa da, prosedura pozuntuları səbəbilə bir neçə dəfə təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR