Bank Of Baku

Almaniya parlamenti Rusiyada parlament seçkilərinin nəticələrinə yenidən baxılmasına çağırıb

Almaniya parlamenti Rusiyada parlament seçkilərinin nəticələrinə yenidən baxılmasına çağırıb
# 15 dekabr 2011 17:49 (UTC +04:00)
Bakı-APA. Bundestaq Rusiya hökumətini Dövlət Dumasına keçirilən seçkilərin nəticələrinə yenidən baxılmasına və etiraz aksiyaları zamanı həbs olunanların azad edilməsinə çağırıb.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Almaniya parlamentində təmsil olunan partiyaların hamısı seçkilərin nəticələrinə yenidən baxılmasına səs verib.
Xatırladaq ki, dünən Avropa parlamenti Rusiyada keçirilən seçkilərin nəticələrinə yenidən baxılması barədə qətnamə qəbul edib.
Bununla bağlı prezident Dmitri Medvedev deyib ki, Rusiyada keçirilən seçkilərin Avropa parlamentinə heç bir aidiyyəti yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR