Bank Of Baku

Tiflis Dövlət Azərbaycan Dram Teatrı yeni tamaşanın premyerasını keçirəcək

Tiflis Dövlət Azərbaycan Dram Teatrı yeni tamaşanın premyerasını keçirəcək
# 15 dekabr 2011 18:31 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə yeni il ərəfəsində “Tülkü-tülkü-tünbəki” tamaşası oynanılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tamaşanı Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrı və Gürcüstanda “Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzi” ilə birgə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə hazırlayıb. Yazıçı Xanım Həsənovanın müəllif olduğu tamaşada rollarda teatrın aktyorlarından Binəli İslamoğlu, Fazil Bayramov, Şeyla Cəfərova, Azər Əliyev, Turqay Vəlizadə, Anar Rafiqoğlu, Namiq Musayev və Namiq Valehoğlu iştirak edir. Tamaşanın rejissoru və musiqi tərtibatçısı Namiq Valehoğludur.
“Tülkü-tülkü-tünbəki” tamaşası Azərbaycanın Diaspora İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə hazırlanıb. Uşaqlar üçün yazılan əsərin ilk premyerası Rustavi şəhərində baş tutacaq. Sonra tamaşa Gürcüstan paytaxtındakı “Atuneli” teatrında və Dmanisidə göstəriləcək.
Qeyd edək ki, indiyədək Azərbaycanın Diaspora İş üzrə Dövlət Komitəsi Gürcüstanda üç tamaşaya maliyyə dəstəyi göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR