Bank Of Baku

İslandiya Fələstinin müstəqilliyini rəsmi olaraq tanıyıb

İslandiya Fələstinin müstəqilliyini rəsmi olaraq tanıyıb
# 15 dekabr 2011 19:27 (UTC +04:00)
Bakı-APA. İslandiya Fələstinin müstəqilliyini rəsmi olaraq tanıyıb və onunla diplomatik münasibətlər quracaq.
APA-nın verdiyi xəbərə görə, İslandiyada səfərdə olan Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Reykyavikin bu addımı alqışlayıb.

Qəbul olunan qərara əsasən İslandiya suveren və müstəqil Fələstin dövlətini 1967 ildə baş vermiş “altıgünlük” müharibədən qabaqkı sərhədlərində tanıyıb.
Xatırladaq ki, İslandiya Fələstinin müstəqilliyini tanıyan ilk Qərbi Avropa ölkəsidir.
2005-ci ildə Fələstini Venesuela, 2009-2010-cu illərdə Braziliya, Argentina, Boliviya, Ekvador, Qayana, Peru və Çili tanıyıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR