Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi dünyanın 100 layihəsi siyahısına düşüb

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi dünyanın 100 layihəsi siyahısına düşüb
# 15 dekabr 2011 21:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Yeni tikilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi dünyanın 100 layihəsi siyahısına düşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan parlamentinin regional siyasət, dağlıq regionların özünüidarəetmə komitəsinin yığıncağında regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili illik hesabatla çıxışında bildirib. Onun sözlərinə görə, yeni tikilən dəmir yolu magistralının uzunluğu 245 km-i təşkil edir ki, onun da 175 kim-i Gürcüstan ərazisindən keçir.
Məlumata görə, BTQ layihəsinin tikintisində Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edir. “Biz bu yola 200 mln. dollar vəsait xərcləmişik. Tikintinin böyük hissəsi 2012-ci ildə başa çatacaq, 2013-cü ildə isə bu yol Avropaya uzanacaq,”- nazir Nikolaişvili qeyd edib.
Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 kilometrlik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR