Bank Of Baku

Gürcüstanda “İlin diplomatı” statusuna ABŞ-ın Gürcüstandakı səfiri Con Bass layiq görülüb

Gürcüstanda “İlin diplomatı” statusuna ABŞ-ın Gürcüstandakı səfiri Con Bass layiq görülüb
# 15 dekabr 2011 23:25 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda keçirilən “İlin diplomatı” tədbirində ABŞ-ın Gürcüstandakı səfiri Con Bass 2011-ci ilin diplomatı seçilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri gündəlik çıxan ingilisdilli “Georgian Journal”qəzeti və “Palitra” media-Evi təşkil edib.
Məlumata görə, “Palitra”nın siyasətçilər, politoloqlar və ekspertlər arasında üç aylıq sorğusundan sonra “İlin diplomatı” statusuna ABŞ səfiri Con Bass layiq görülüb.
Qalib xüsusi olaraq bu mərasim üçün düzəldilən prizlə mükafatlandırılıb.
Bundan başqa tədbirdə diplomatlar arasında çətin deyilən gürcü sözlərin düz və tez ifadə edilməsi viktorinası keçirilib. Sonda qaliblərə tədbirin sponsorları və tərəfdaşları olan “Duty Free Alliance” və “Nemiroff” şirkətləri, “Safilo” optika mağazasının, “Total Charm” klinikasının və “Radisson Blu Iveria”, “Tbilisi Marriot”, “Kortyard Mariot” mehmanxanalarının, “Biblus” kitab və “Kristal” zinət mağazaları şəbəkəsinin xüsusi hədiyyələri verilib.

Mükafat mərasimində Gürcüstanda akkreditə olunmuş diplomatik missiya nümayəndəlikləri, beynəlxalq və yerli QHT, siyasətçilər, ekspertlər, iş adamları və jurnalistlər iştirak edib.
Qeyd edək ki, mükafatlandırma mərasimində qərara alınıb ki, “İlin diplomatı” mərasimi ənənəyə çevrilsin və hər il qeyd olunsun.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR