Bank Of Baku

Terrorçu Karlos Şakal növbəti dəfə ömürlük həbs cəzasına məhkum edilib

Terrorçu Karlos Şakal növbəti dəfə ömürlük həbs cəzasına məhkum edilib
# 16 dekabr 2011 08:40 (UTC +04:00)
APA-nın məlumatına görə, 62 yaşlı terrorçunu ömürlük həbsə məhkum edilməsi barədə qətnamədə bu qərardan yalnız 18 il sonra apelyasiya hüququ verə biləcəyi öz əksini tapıb.

Karlos Şakal Fransada 11 nəfərin ölümünə və 150 nəfərin yaralanmasına səbəb olan 4 terror aktının təşkilində günahkar sayılıb. 1997-ci ildə Fransa məhkəməsi Karlos Şakalı üç nəfəri qətlə yetirdiyinə görə ömürlük həbsə məhkum edib.

Sançes Fələstin Xalq Azadlıq Cəbhəsi ilə əməkdaşlıq edib, islam dinini qəbul edib və uzun illər ərəb ölkələrində yaşayıb. 1994-cü ildə Sudan hökuməti onu Fransaya təhvil verib.

İmperializmə qarşı mübarizə apardığını deyən Karlos Şakal müsahibələrinin birində həyata keçirdiyi terror aktları nəticəsində 2 minə yaxın insanı öldürdüyünü etiraf edib. Onun təşkil etdiyi ən səs-küylü terror aktı 1975-ci ildə Vyanada OPEK-in mənzil-qərargahında 42 nəfərin girov götürülməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR