Bank Of Baku

Türkiyə parlamentində üç partiya Fransaya qarşı birlik nümayiş etdirib

Türkiyə parlamentində üç partiya Fransaya qarşı birlik nümayiş etdirib
# 21 dekabr 2011 03:19 (UTC +04:00)
APA-nın İHA agentliyinə istinadən verdiyi xəbərə görə, bəyanatda bu qanun layihəsinin qəbul olunması “dəhşətli tarixi səhv” olacağı vurğulanıb.

Bəyanatında deyilir ki, "Türk xalqını dərindən yaralayan, Türk tarixini birtərəfli məlumatlara əsaslanaraq qaralayan və insanların özünü müdafiə etmək haqqını əlindən alan qanun layihəsini Fransa parlamentinin müzakirəsinə çıxarılmasını qətiyyətlə pisləyirik. Tarixdə yaşanan hadisələr alimlər, mütəxəssislər tərəfindən araşdırmalıdır”.

Sənəddə Fransa deputatlarına iki ölkə arasında gərginlik gətirə biləcək addımlar atmamaq, “ikili standart siyasətindən” əl çəkmək məsləhət görülür.

Bəyanatda bildirilir ki, insan hüquqlarını və azadlıqlarını kobud şəkildə poza biləcək qanun layihəsini gündəmə çıxartmaqdansa Fransanın Ruandada, Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi qırğınlar müzakirə etməsi daha məqsədə uyğundur.
Bu bəyanatın qəbul olmasına yetkinliklə AKP, CHP və MHP deputatları səs veriblər və ayaq üstə alqışlayıblar. Türkiyə parlamentində təmsil olunan Barış və Demokrat Partiyası (BDP) bəyanatın əleyhinə səs verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR