Bank Of Baku

İtaliyada İrana qarşı yeni sanksiyalar müzakirə olunub

İtaliyada İrana qarşı yeni sanksiyalar müzakirə olunub
# 21 dekabr 2011 04:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İtaliyanın paytaxtı Roma şəhərində İrana qarşı yeni sanksiyalar müzakirə edilib. APA-nın məlumatına görə, ABŞ, Kanada, Yaponiya, Avstraliya, Cənubi Koreya və digər dövlətlərin diplomatları İranın nüvə proqramı və bu ölkəyə yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı müzakirələr aparmaq üçün görüşüblər. İtaliya Xarici İşlər Nazirliyi belə bir görüşün keçirildiyini təsdiqləsə də, ancaq təfərrüatı və nəticəsi ilə bağlı məlumat verməyib. Yalnız İranın nüvə proqramı mövzusunda eyni mövqedə olan dövlətlərin diplomatları ilə müzakirələr aparıldığı bildirilib. “The Wall Street” jurnalının verdiyi xəbərə görə, diplomatların görüşündə İranın neft məhsullarının ixracatı və enerji qiymətləri ilə bağlı da müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR