Bank Of Baku

Belçikada 1 sutkalıq ümummilli tətil başlayıb

Belçikada 1 sutkalıq ümummilli tətil başlayıb
# 22 dekabr 2011 01:50 (UTC +04:00)
Bakı-APA. Belçikada dünən gecədən ümummilli 24 saatlıq tətil başlayıb.

Aksiyanın məqsədi pensiya yaşının 55-dən 58-ə qaldırılmasını nəzərdə tutan islahata etiraz bildirməkdir.

Tətildə dəmiryolçuların, şəhər nəqliyyatı sürücülərinin, məktəb müəllimlərinin, tibbi və poçt müəssisələrinin işçilərinin, həbsxana nəzarətçilərinin və KİV əməkdaşlarının iştirakı gözlənilir.

Brüssel beynəlxalq hava limanının normal iş qrafikinin pozulması da gözlənilən nəticələr arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR