Bank Of Baku

Polşa Avropa Birliyinə sədrliyinin yekunlarını pozitiv dəyərləndirir

Polşa Avropa Birliyinə sədrliyinin yekunlarını pozitiv dəyərləndirir
# 28 dekabr 2011 15:17 (UTC +04:00)
Bakı. Viktoriya Dementyqva-APA. Polşa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə naziri Mikolay Dovqileviç ölkəsinin Avropa Birliyinə sədrliyinin nəticələrini pozitiv dəyərləndirib. APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında M. Dovqileviç bildirib ki, Polşa AB-yə sədrliyi dövründə Avrozonada böhrana qarşı mübarizə və AB-nin iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlindən gələni edib.

Polşanın AB-yə sədrliyi dövründə Xorvatiya ilə birliyə üzv olmaqla bağlı müqavilə imzalanıb, “Şərq Tərəfdaşlığı” üzrə ikinci sammit keçirilib. Bundan başqa Hollandiya hökuməti Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olmasına razılıq verib. Bu o deməkdir ki, Şengen məkanının genişləndirilməsi ilə bağlı qərar gələn il qəbul oluna bilər.

Qeyd edək ki, Avropanın 26 ölkəsi Şengen zonasına daxildir. Bu, iştirakçı ölkələrin ərazisində vahid sərhəd nəzarətinin həyata keçirilməsi deməkdir. Bu ölkələrin vətəndaşları Şengen zonasına daxil olan digər ölkələrin ərazisinə məhdudiyyət olmadan keçə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR