Bank Of Baku

Fransa İrandan beynəlxalq qanunlara əməl etməyi tələb edib

Fransa İrandan beynəlxalq qanunlara əməl etməyi tələb edib
# 28 dekabr 2011 23:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Fransa İrandan beynəlxalq qanunlara əməl etməyi tələb edib. APA-nın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Bernard Valero açıqlama verib. O bildirib ki, İranın Hörmüz boğazını bağlamaq təhdidi ilə bağlı Fransa Xarici İşlər Nazirliyi bu ölkəni beynəlxalq hüquqa hörmət etməyə dəvət edib: “Beynəlxalq qanunlara əsasən, Hörmüz boğazı vasitəsilə neft daşınması sərbəstdir. Çünki BMT-nin 1982-ci ildə qəbul olunmuş Dəniz hüququna dair Konvensiyanın əsasnaməsinə görə, Hörmüz boğazı beynəlxalq boğaz kimi qəbul edilib. Ona görə də İranı qanunlara riayət etməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR