Bank Of Baku

Türkiyə hökuməti yanlış aviazərbələr nəticəsində həlak olan 35 kürdün ailəsinə kompensasiya ödəyəcək

Türkiyə hökuməti yanlış aviazərbələr nəticəsində həlak olan 35 kürdün ailəsinə kompensasiya ödəyəcək
# 03 yanvar 2012 10:17 (UTC +04:00)
APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazirin müavini Bülənt Arınç bildirib ki, kompensasiya iki həftə ərzində ödəniləcək. Veriləcək kompensasiyanın miqdarı açıqlanmayıb.

Qeyd edək ki, hadisə Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin Uludərə rayonu ərazisində baş verib. Yerli hakimiyyət orqanları bildiriblər ki, hərbi aviasiyanın Türkiyə-İraq sərhədi yaxınlığında yerləşən ərazilərə dekabrın 29-da endirdiyi zərbələr nəticəsində kürd kəndlərinin 35 dinc sakini həlak olub.

Hərbçilər deyiblər ki, bu rayonda kürd terrorçu dəstələrinin olduğu barədə məlumat pilotsuz uçan aparatlar vasitəsilə əldə edilib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, aviazərbələr PKK terrorçularını məhv etmək məqsədilə endirilib. Lakin sonradan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən etiraf olunub ki, hadisə qurbanları terror fəaliyyəti ilə məşğul olmayıblar. Gözlənilir ki, baş nazir Rəcəb Tayyib Ərdoğan AKP-nin bu gün keçirilən toplantısında baş verən hadisələrə görə hökumət adından üzr istəsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR