Bank Of Baku

Türkiyə ordusunun komandanı: “PKK-nın adını gündəmdən siləcəyik”

Türkiyə ordusunun komandanı: “PKK-nın adını gündəmdən siləcəyik”
# 05 yanvar 2012 09:19 (UTC +04:00)
Onlardan 165-i öldürülüb, 112-si təslim olub, 50 nəfər isə yaxalanıb. APA-nın məlumatına görə, bunu “Milliyet” qəzetinə müsahibəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl bildirib. Bundan başqa, eyni dövrdə Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən İraqın şimalında həyata keçirilmiş əməliyyatlar zamanı təxminən 325 terrorçu öldürülüb, 320 terrorçu isə yaralanıb.

Baş Qərargah rəisi PKK-nın terror fəaliyyətini dayandıracağı barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Terrorçular bu günə qədər güc və dəstəyin azaldığı hər dövrdə aksiyalarını dayandırmağa qərar verir. Bununla da üzərlərindəki təzyiqləri azaltmağa və yenidən güc toplamağa çalışırlar. PKK-nın adını gündəmdən siləcəyik”.

General Özəl ABŞ-ın Şimali İraqda terror təşkilatının fəaliyyətinə dair Türkiyəyə kəşfiyyat dəstəyini davam etdirdiyini söyləyib. Baş Qərargah rəisi əlavə edib ki, terrorla mübarizə məqsədilə ABŞ-a məxsus 4 ədəd “Predator” tipli pilotsuz uçuş aparatı Türkiyədəki İncirlik bazasına gətirilib və noyabr ayından istifadə olunur.

N. Özəl Türkiyədə kürd dilinin ikinci dil kimi qəbul edilməsi və ölkədə bu dildə təhsil verilməsinə qarşı çıxıb. O, fikrini Türkiyə Konstitusiyası ilə əsaslandırıb: “Türk dili bu torpaqlarda yaşayan hər kəs üçün ortaq dildir. Təhsildə və dövlət orqanlarında fərqli dillərin istifadəsi ictimaiyyətdə ayrılıq yaradacaq. Bu səbəbdən də başqa bir dilin təhsil və dövlət həyatında istifadəsini uyğun hesab etmirəm”.

Ordu generalı Malatyada qurulan NATO-nun raketdən müdafiə sisteminin radarı barədə də danışıb. Onun sözlərinə görə, bu proses Türkiyə və ABŞ arasında əldə olunmuş anlaşma çərçivəsində həyata keçirilir. Radar mərkəzinin komandiri türk zabitidir və bazada amerikalı hərbçilər də çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR