Bank Of Baku

Türkiyə Amerikadan ən son texnologiya ilə hazırlanmış F-35 döyüş təyyarələri alacaq

Türkiyə Amerikadan ən son texnologiya ilə hazırlanmış F-35 döyüş təyyarələri alacaq
# 06 yanvar 2012 09:07 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Türkiyə hökuməti Amerikadan iki ədəd ən son texnologiya ilə hazırlanmış F-35 döyüş təyyarələri alacaq. APA-nın “Defense News” saytına istinadən verdiyi məlumata görə, hökumət Müdafiə Sənayesi Katibliyinə Amerika istehsalı olan iki “F-35 Liqhtninq II” qırıcı təyyarələrinin alınması üçün icazə verib. Yaxın vaxtlarda döyüş təyyarələrinin çatdırılması haqqında Amerikanın “Lockheed Martin” şirkəti ilə müqavilə bağlanacaq. Təyyarələr 2015-ci ildə Türkiyəyə veriləcək.

Qeyd edək ki, F-35 təyyarələrinin alınması üçün aparılan danışıqlar 2011-ci ilin martında dayandırılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR