Bank Of Baku

Avropa Birliyinə sədrlik edəcək Danimarka əsas prioritetlərini açıqlayıb

Avropa Birliyinə sədrlik edəcək Danimarka əsas prioritetlərini açıqlayıb
# 06 yanvar 2012 11:36 (UTC +04:00)
APA-nın məlumatına görə, Danimarkanın sədrliyinin əsas devizi “məsuliyyətli, dinamik, yaşıl və təhlükəsiz Avropa” olacaq. Danimarkanın prioritetləri sırasında birlik ölkələrində maliyyə intizamının möhkəmləndirilməsi, mövcud iqtisadi böhranla mübarizə, iqtisadi inkişafın stimullaşdırılması, Avropanın enerji effektivliyinin artırılması məsələləri var.

Yaxın altı ay ərzində Avropa Birliyinin əsas xarici siyasət prioritetlərindən biri Avropa Qonşuluq Siyasəti proqramı olacaq. Danimarka bu proqramda iştirak edən ölkələrlə ticarət münasibətlərini və energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Xatırladaq ki, Avropa Qonşuluq Siyasəti Proqramı birliyin sərhədlərindən şərqdə və cənubda yerləşən 16 ölkə ilə münasibətləri möhkəmləndirməyi və inkişaf etdirməyi nəzərdə tutur. Bu proqrama Azərbaycan da daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR