Bank Of Baku

Avropa Birliyi İranda edamların artmasından narahatdır

Avropa Birliyi İranda edamların artmasından narahatdır
# 07 yanvar 2012 09:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton İranda 2012-ci ilin ilk günlərindən edamların artmasından ciddi narahat olduqlarını bildirib. APA-nın məlumatına görə, o, İranda məhbusların hüquqlarının kobud şəkildə pozulduğunu deyərək, həbsxanada hələ də edam olunacaqları günü gözləyən insanların mövcud olduğunu söyləyib.

K. Eşton İran rəsmilərinin ötən ilin sonlarında zinada günahlandırılaraq daşqalaq edilməklə ölüm cəzasına məhkum edilmiş azərbaycanlı Səkinə Məhəmmədi Aştianinin dar ağacından asılmaqla edam edilməsi variantı ilə bağlı açıqlamalarını da kəskin tənqid edib. O bildirib ki, Avropa Birliyi İrandan dəfələrlə azərbaycanlı qadının daşqalaq edilməklə qətlə yetirilməsi cəzasının dayandırılmasını tələb edib. O, 2011-ci ildə İranda həyata keçirilən edamların əhalinin sayına nisbətən çox olduğunu və bununla rəsmi Tehranın dünyada birinci yeri tutduğunu da vurğulayıb.

Qeyd edək ki, hazırda edamların sayına görə, Çin və İran birinci və ikinci yerləri bölüşür. Edam cəzası 96 ölkədə rəsmi şəkildə ləğv edilib. 34 ölkə ilə bu cəza növünü icra etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR