Bank Of Baku

Gürcüstan əhalisini növbəti dəfə siyahıya almağa hazırlaşır

Gürcüstan əhalisini növbəti dəfə siyahıya almağa hazırlaşır
# 08 yanvar 2012 01:33 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu günə kimi Gürcüstan əhalisi 4 mln 469 min insanı təşkil edir. APA-nın Gürcüstann bürosunun məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (GMSX) direktoru Zaza Çelidze bildirib. Onun sözlərinə görə, milli statistika xidməti idarəsi ümumi əhalinin siyahıya alınmasına başlamağa hazırlaşır. “Siahıya alma BMT-nin tövsiyəsi ilə hər 10 ildən bir həyata keçirilir. Axırıncı dəfə bu tədbir 2002-ci ildə həyata keçirilib. Onda Gürcüstanda əhalinin ümumi sayı 4 mln 375 min nəfəri təşkil edirdi. Növbəti siyahıya alınma üçün GMSX BMT ilə fəal əməkdaşlığa hazırlaşır. Bunun üçün elektron-kartoqrafik xəritələr yaradılır.”
Çelidzenin dediyinə görə, 2012-ci ildə siyahıya alınma hələlik baş tutmayacaq, çünki bu işə hazırlaşmaq üçün minimum bir il lazımdır. “Siyahıya alma işlərini həyata keçirmək üçün 11.000 əməkdaş lazımdır. Qeyd edim ki, siyahıya alma yerli əhali ilə yanaşı, Gürcüstanda ən azı bir il yaşayan və yaxud yaşamaq niyyətində olan əcnəbilərə də aiddir. ”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR