Bank Of Baku

Lex Kaçinskinin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma aparan hərbi prokuror mətbuat konfransında intihara cəhd edib

Lex Kaçinskinin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma aparan hərbi prokuror mətbuat konfransında intihara cəhd edib
# 09 yanvar 2012 13:58 (UTC +04:00)
APA-nın məlumatına görə, intihar cəhd bu gün təhqiqatın nəticələrinə həsr olunmuş mətbuat konfransının gedişində baş verib. Prokuror çıxışını bitirdikdən sonra fasilə elan edib və jurnalistlər otağı tərk etdikdən sonra xidməti tapançası ilə başına atəş açıb. Atəş səsini eşitdikdən sonra otağa qaydan jurnalistlər Pşibılın yerə yıxıldığını görüb təcili yardım maşını çağırıblar. Həkimlər hərbi prokurorun həyatının xilas edə biliblər, hazırda Mikolay Pşibıl həkim nəzarətindədir.

Qeyd edək ki, intihara cəhddən əvvəl mətbuat konfransında çıxış edən hərbi prokuror bildirib ki, onun rəhbərlik etdiyi idarə prezident təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat aparan jurnalistlərin telefon danışıqlarını dinləmək hüququn malikdir. O bu addımı KİV-in fəaliyyətinin rəsmi təhqiqata mane olması ilə izah edib. Pşibılın sözlərinə görə, təhqiqatın gedişini qəsdən dolaşığa salan jurnalistləri xarici xidmət orqanları maliyyələşdirə bilərlər.

Polşa mətbuatı çıxış zamanı Mikolay Pşibılın ovqatının təlx olduğunu yazır. Hərbi prokurorun intihar cəhdindən sonra prezident Bronislav Komorovski Təhlükəsizlik Xidmətinə vəziyyəti öz nəzarətinə götürməyi və insidentin səbəblərini araşdırmağı tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR