Bank Of Baku

Türkiyədə prokurorluq müxalifət lideri haqqında təhqiqata başlayıb və onun toxunulmazlığının ləğvini istəyib

Türkiyədə prokurorluq müxalifət lideri haqqında təhqiqata başlayıb və onun toxunulmazlığının ləğvini istəyib
# 09 yanvar 2012 15:03 (UTC +04:00)
APA-nın “TRT Haber” kanalına istinadən verdiyi məlumata görə, İstanbulun Silivri rayon prokurorluğu “ədalət mühakiməsini təsir altına almaq” və “məhkəmə üzvlərinə həqarət” ittihamı ilə K. Kılıçdaroğlu haqqında təhqiqata başlamaq haqqında qərar qəbul edib. K. Kılıçdaroğlunun toxunulmazlığının ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət edilib. Nazirlik öz növbəsində bu müraciəti parlamentə göndərəcək.

Qeyd edək ki, K. Kıllıçdaroğlu bir neçə gün əvvəl Silivri həbsxanasının qarşısında jurnalistlərə verdiyi açıqlamada siyasi ittihamlarla həbs olunanların saxlanıldığı bu həbsxananı konslagerə bənzədib. O, “Ergenekon” işi üzrə məhkəmə prosesini idarə edən hakimləri “hakim” adlandırmağı özünə sığışdırmadığını söyləyib.

Toxunulmazlığı ləğv olunarsa müxalifət lideri haqqında ittihamnamə hazırlana və o, mühakimə oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR