Bank Of Baku

Türkiyə-İran sərhədində Suriyaya silah-sursat aparan avtomobil karvanı saxlanılıb

Türkiyə-İran sərhədində Suriyaya silah-sursat aparan avtomobil karvanı saxlanılıb
# 10 yanvar 2012 15:30 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Türkiyə-İran sərhədində Suriyaya silah-sursat aparan avtomobil karvanı saxlanılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin İranla həmsərhəd Kilis rayonu ərazisindəki Öncüpınar gömrük-keçid məntəqəsində İrandan Suriyaya gedən, içərisində bomba və silah istehsalında istifadə edilən hərbi ləvazimatlar olduğu bildirilən 4 yük avtomobili saxlanılıb.

Kilis valisi Yusif Odabaşı avtomobillərdə hərbi yük olduğu barədə məlumat aldıqlarını söyləyib: “Avtomobillər Ankaradan gələn mütəxəssislər tərəfindən yoxlanılacaq. Hərbi yüklər aşkarlanarsa, Türkiyə Silahlı Qüvvələrinə göndəriləcək. Əks təqdirdə, əlaqədar orqanların təlimatına görə hərəkət ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR