Bank Of Baku

Gürcüstanda qeyri-gürcü dilli məktəblərə əlavə 160 nəfər yeni kadr göndəriləcək

Gürcüstanda qeyri-gürcü dilli məktəblərə əlavə 160 nəfər yeni kadr göndəriləcək
# 10 yanvar 2012 20:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda qeyri gürcü dilli məktəblərə, o cümlədən azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli, Kaxeti bölgələrinə də gürcü dili fənnindən dərs demək üçün yeni kadrlar göndəriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirlər Gürcüstan Elm və Təhsil Naziri Dimitri Şaşkinin gürcü dili müəllimləri ilə görüşündə səsləndirilib. Gürcüstan prezidentinin təşəbbüsü ilə 2011-ci ilin sentyabr ayından başlayaraq həyata keçirilən bu proqrama əsasən, gürcü dili müəllimləri könüllü olaraq Gürcüstanın etnik azlıqların kompakt yaşadığı bölgələrində, o cümlədən Kvemo-Kartli, Kaxeti və Samsxe-Cavaxetidə etnik azlıqların dilində fəaliyyət göstərən məktəblərə göndəriləcəklər. Proqram çərçivəsində artıq 150 nəfər pedaqoq məktəblərdə fəaliyyət göstərir, bu il isə onların sırasına ikinci semestrin başlanğıcında daha 160 nəfər müəllim əlavə ediləcək. Nazirlikdən verilən məlumata görə Gürcüstan üzrə “Gürcü dili gələcək əməkdaşlıq üçün” proqramında iştirak etmək üçün fasilələrlə 700 nəfər gürcü dili müəllimi qeydiyyatdan keçib. Onların arasından test üsuli ilə 160 nəfər kadr seçilib. Yeni seçilən gürcü dili müəllimləri regionlara göndərilməmişdən əvvəl xüsusi hazırlıq kursları keçəcək və müasir təhsil metodları ilə tanış olacaqlar. Qeyri-gürcü dilli məktəblərə göndərilən müəllimlər yerli etnik azlıqların ailələrində yaşayacaq və eyni zamanda ailələrdə də dövlət dilini öyrədəcəklər.
Qeyd etmək lazımdır ki, “Gürcü dili gələcək əməkdaşlıq üçün” proqram-layihəsində iştirak edən və bakalavr dərəcəli könüllü müəllim kadrlarının magistratura təhsilini dövlət maliyyələşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR