Bank Of Baku

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazidə daha bir xəstəxana istifadəyə verilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazidə daha bir xəstəxana istifadəyə verilib
# 11 yanvar 2012 02:12 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA.Gürcüstan prezidenti Mixail Saakaşvili “Hospital sektorunun inkişaf etdirilməsi” proqramı çərçivəsində azərbaycanlıların kompakt yaşadıqları ərazidə daha bir yeni klinikanın açılışında iştirak edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Msxeta rayonunda 25 çarpayılıq klinika açan ölkə prezidenti sakinlər qarşısında çıxış edərək qeyd edib ki, səhiyyə sistemi sahəsində müasir tibbi avadanlıqları ilə təchiz olunan belə tibb ocaqları heç bir keçmiş post sovet ölkəsində həyata keçirilmir.
Məlumata görə, yeni istifadəyə verilən xəstəxanada yüksək ixtisaslı 100 nəfər tibb işçisi çalışacaq. Buraya gələn xəstələr ambulator, stasionar və digər müalicələr alacaqlar. Obyekt “Ci Pi-Aİ-Holdinq” sığorta şirkətinin maliyyə dəstəyi ilə inşa edilib.
Xatırladaq ki, yanvarın 5-də ölkə prezidenti azərbaycanlıların kompakt yaşadığı bölgələrdə-Marneulidə, Bolnisidə və Qardabanidə də belə xəstəxanaların açılışını həyata keçirib. Məlumata görə, yanvar ayında Gürcüstanda müasir standartlara cavab verən 30 xəstəxananın istifadəyə veriləcəyi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR